Şagirdlərimizin uğuru.
Respublika Fənn Olimpiadalarının Bakı şəhər mərhələsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1404 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Onlardan 430 nəfər Azərbaycan dili və ədəbiyyatı, 91 nəfər biologiya, 118 nəfər coğrafiya, 101 nəfər fizika, 32 nəfər informatika, 99 nəfər kimya, 342 nəfər riyaziyyat, 191 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nəcəfov İlkin Azərbaycan dili və ədəbiyyat fənni, 10-cu sinif şagirdi Zülfüqarova Fatimə isə tarix fənni üzrə şəhər turunda iştirak etmək haqqı qazanmışlar.
Şagirdlərimizi təbrik edir, onlara müvəffəqiyyətlər arzu edirik.