Ənənəvi tədris qismən bərpa olundu.

Fevralın 1-dən məktəblərdə ənənəvi tədris və təlim-tərbiyə prosesi qismən bərpa olundu. Qeyd olunan tarixdən etibarən məktəbəqədər hazırlıq qrupları, icma əsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil olunacaqdır.

Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə tədris prosesi mövcud pandemiya qaydalarına uyğun təşkil olundu. Məktəbə daxil olan şagird və işçi heyətinin hər birinin temperaturu yoxlandı, əlləri dezinfeksiyaedici maddələrlə dezinfeksiya edildi. Siniflər iki qrupa bölündü və hər parta arxasında yalnız bir şagirdin oturması təmin edildi.

Məktəbəqədər hazırlıq qruplarında dərslərin həftədə 2 dəfə, ibtidai siniflərdə isə həftədə 3 dəfə əyani qaydada keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi