Qazilərlə görüş keçirildi.
Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İsmayılova Samirə rəhbərlik etdiyi 1"A" sinif şagirdləri ilə birlikdə II Qarabağ müharibəsində yaralanmış qazilərlə onlayn görüş keçirdilər.
Görüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində yaralanmlş qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti şagirdlərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etmək olmuşdur.
Onlayn görüşdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad rayonu Sabir Rəzzaqov adına 2 nömrəli tam orta məktəbin 2"V" sinif rəhbəri Yeganə Hüseynova öz şagirdləri ilə birlikdə, Cəlilabad rayon 2 nömrəli tam orta məktəbin müəllimi, baş leytenant Ağayev Namiq, Komanlı kənd tam orta məktəbin müəllimi bölük komandiri Aqil Nəzərov iştirak etdilər.
Qeyd edək ki, Baş Leytenant Ağayev Namiq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalı ilə, Aqil Nəzərov isə "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşlar.
Qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs etdilər, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.