Virtual məktəbdə bir gün.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.10.2020-ci il tarixli, 430 nömrəli qərarına əsasən xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant(məsafədən)formada təşkil edilmişdir.

Pandemiya dövründə tədris prosesinin təşkili vəziyyətini müşahidə etmək və dəyərləndirmək, müəllim və şagirdləri dahada ruhlandırmaq məqsədilə 12 yanvar 2021-ci il tarixindən "Virtual məktəbdə bir gün" layihəsinə start verilmişdir.

"Virtual məktəbdə bir gün" layihəsi çərçivəsində 15 yanvar 2021-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədovanın rəhbərliyi və təşkilatçılığı, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Orucova Sevincin iştirakı ilə "Virtual məktəb" platformasında tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, distant təhsilə cəlb olunma səviyyəsinin təhlili istiqamətində fənn müəllimləri, yuxarı sinif şagirdləri və valideynlərin iştirakı ilə müzakirələr aparılmışdır. Onlayn görüş zamanı direktor Şəhanə xanım iclas iştirakçılarının nəzərinə çatdırmışdır ki, məktəb rəhbərliyi tərəfindən dərs dinləmələri, şagirdlərin davamiyyətinin yoxlanılması mütəmadi həyata keçirilir. Məktəbdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı yanaşmalarının təmin olunması, fənlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, fənn müəllimlərinin şagirdlərin tədris prosesində yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsinə ciddi nəzarət olunur. Bütün sadalanan məsələlərə zamanında diqqət yetirilməsi məktəb rəhbərliyinin məsuliyyətini ikiqat artırır. Buna baxmayaraq "Virtual məktəb" platforması üzərindən şagirdlər arasında müsabiqələr, yarışlar, fənn olimpiadaları təşkil olunur, Microsoft Teams proqramı vasitəsilə "Fənn aylıqları" keçirilir. Xalqımızın əldə etdiyi Şanlı Zəfərin tədrisdə əks olunması məsələsidə geniş müzakirə mövzusu oldu. Fənn müəllimlərinin təşkil etdiyi xüsusi dərslərdə vətənpərvərlik mövzularına toxunulur, şagirdlər arasında həmin mövzuda video təqdimat, şeir, rəsm müsabiqələri təşkil olunur.

"Virtual məktəbdə bir gün" layihəsi çərçivəsində təşkil olunmuş onlayn görüşdə məktəb rəhbərliyi valideynlərin təklif və iradlarını dinləmiş, onlarla vacib olan müəyyən məsələləri birlikdə müzakirə etmişlər.

İclasın sonunda məktəbin direktoru Şəhanə xanım iclas içtirakçılarını evdə qalıb öz sağlamlıqlarını qorumağa və mövcud pandemiya qaydalarına riayət etməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi