I yarımillik qiymətləndirmə ilə bağlı onlayn Pedaqoji Şura iclası keçirildi.

18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli kollegiyanın qərarının icrası məqsədilə Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə direktor Şəhanə Əhmədovanın təşkilatçılıq və rəhbərliyi, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Orucova və məktəbin fənn müəllimləri, Metodbirləşmə rəhbərləri, sinif rəhbərlərinin iştirakı ilə 2020/2021-ci tədris ilində I yarımillik qiymətləndirmə ilə bağlı Pedaqoji Şura iclası keçirildi. İclasda I yarımil qiymətləndirilməsinin qayda və şərtləri müəllimlərin nəzərinə çatdırıldı. Məktəb rəhbərliyi ilə pedaqoji kollektivin geniş şəkildə müzakirə etdiyi məsələlər aşağıdakılardan ibarət idi:

1. Sinif rəhbərləri dərslərə mütəmadi qoşula bilməyən şagirdlərin valideynləri ilə söhbət apararaq həmin şagirdlərin qiymətləndirmədə iştirakını təmin etməlidirlər.

2. İnternetə çıxışı olmayan şagirdlərin siyahısı sinif rəhbərləri tərəfindən dəqiqləşdirilərək məktəb rəhbərliyinə təqdim olunmalıdır.

3. İnternetə çıxışı olmayan şagirdlər üçün məktəb rəhbərliyi tərəfindən növbəti ayda (əgər əyani tədrisə başlanarsa ) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınaraq əyani formada qiymətləndirmə təşkil olunmalıdır.

4. Humanitar fənlərdə həm açıq, həm də qapalı tapşırıqlardan istifadə olunmalı, dəqiq fənlərdə isə açıq suallara üstünlük verilməlidir.

5. Platforma seçimi zamanı “Virtual məktəb” platformasına üstünlük verilməlidir.

6. Test tapşırıqlarının müəllimlər tərəfindən Teams platformasında hazırlanması tövsiyə olunur. Teams platformasında test tapşırıqları hazırlaya bilməyən müəllimlər həmin testləri word sənədi kimi şagirdlərə göndərməlidirlər.

7. Qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün fənn müəllimi tərəfindən əlavə vaxtda qiymətləndirmə təşkil olunmalıdır.

8. Platforma seçimindən asılı olmayaraq qiymətləndirmə müddətində şagirdlərin kamera və mikrofonları açıq saxlanılmalıdır.

9. Şagird sayı çox olan siniflərdə qiymətləndirməni izləyə bilmək üçün fənn müəlliminin istəyindən asılı olaraq qiymətləndirmə iki qrupda da aparıla bilər. Bu zaman suallar fərqli təşkil olunmalıdır.

10. Şagirdlərin qiymətləndirmədə mütəşəkkil iştirakını təmin etmək üçün fənn müəllimi qiymətləndirmənin keçirilməsi barədə ən azı 1 gün öncədən sinif rəhbərinə məlumat verməlidir.

11. Qiymətləndirmədən sonra hər bir fənn üzrə fənn müəllimi dərs apardığı bütün siniflərin qiymətləndirmə nəticələri haqqında yazılı hesabat verməlidir. Hesabata daxildir:

Tətbiq olunan qiymətləndirmə vasitəsindən bir nümunə

Şagirdlərin nəticələri ( sinifdə olan şagird sayına görə çap edirsiz )

Onlayn qiymətləndirmənin video yazısı olan disk

Qiymətləndirmə protokolu – keçirilən summativ qiymətləndirmənin nəticələrinə dair siyahı, şagirdlərin bal və qiymətləri protokolda əks olunmalıdır( protokol nümunəsi Sizə təqdim olunacaq)

Qiymətləndirmənin təhlili ilə bağlı yazılı hesabat (müəllimin xüsusi qeydləri, nəticələrə əsasən diaqram , məzmun standartlarından çıxarılmış qiymətləndirmə meyarları və s )

12. Əyani qiymətləndirmə formasını şagird və ya valideyn seçə bilər. Bunun üçün valideyn məktəb müdiriyyətinə əvvəlcədən rəsmi müraciət etməlidir.

13. Hər bir fənn müəllimi qiymətləndirmənin düzgün , şəffaf, obyektiv, qərəzsiz, heç bir nöqsana yol verilmədən aparılmasına ciddi məsuliyyət daşıyır.

14. Qiymətləndirmə vasitəsinin hər bir fənn üzrə I yarım il ərzində həyata keçirilən məzmun standartları əsasında tərtib olunmasına ,sualların 4 çətinlik səviyyəsində hazırlanmasına və qiymətləndirmə nəticələrinin 100 ballıq şkala ilə ölçülməsinə xüsusi diqqət edilməlidir.

15. Qiymətləndirmədə istirak etməyən şagirdin qarşısında “q” qoyulmalıdır , şagird təkrar yenə qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməzsə adının qarşısında “0” yazılmalıdır.

16. Bu summativ qiymətləndirmə yarımil qiymətləndirməsi hesab olunur və həmin qiymətlər yarımil qiymətləri kimi götürülür.Bu barədə jurnalda müvafiq qeydiyyat aparılmalıdır.

Sonda məktəbin direktoru Şəhanə xanım iclas iştirakçılarını evdə qalıb öz sağlamlıqlarını qorumağa və mövcud pandemiya qaydalarına riayət etməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi