20 Yanvar-STEAM layihəsində.
Azərbaycan Respublikası təhsil nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasının tədrisdə əks olunmasını təmin etmək və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin müqəddəs xatirələrini uca tutmaq məqsədilə 24 nömrəli tam orta məktəbdə STEAM layihəsini tədris edən Məmmədova Sevinc layihəni tədris etdiyi siniflərdə "Şəhidlər xiyabanı-müqəddəs and yerimizdir" adlı xüsusi dərslər təşkil etmişdir. Dərslərdə şagirdlər 20 Yanvar faciəsini özündə əks etdirən layihələr hazırlamış və təqdim etmişlər.