20 Yanvar-tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.

Azadlıq mücahidlərimizin faciəsindən xalqımızı 31 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvardır. Azərbaycan azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı cinayət insanların vətən eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

"Şəhidlər ölmür, onlar bizim qəlbimizdə daim yaşayırlar" deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması məqsədilə hər zaman əhəmiyyətli addımlar atmış, mühüm işlər görmüşdür.

Azərbaycan Respublikası təhsil nazirinin

"20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdi edilməsi haqqında 14 Yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasının tədrisdə əks olunmasını təmin etmək və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin müqəddəs xatirələrini uca tutmaq məqsədilə 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabbarova Elmira 19 yanvar 2021-ci il tarixində rəhbərlik etdiyi 5"B" sinfində "20 Yanvar-tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" adlı xüsusi dərs təşkil etmişdir. Dərsdə C.Elmira şagirdlərə bu faciəli tarixin Azərbaycan xalqının taleyində nələri dəyişdiyi, baş verən ölümlərin adi ölümlər deyil əbədilik qazandıran ölümlər olduğunu, şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi haqqında geniş məruzə etmişdir. Daha sonra şagirdlər şəhidlərin müqəddəs xatirələrinə həsr olunmuş şeirlər səsləndirmiş, video təqdimatlar nümayiş olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi