20 Yanvar-hüzn və milli qürur günümüz.

Azərbaycan Respublikası təhsil nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasının tədrisdə əks olunmasını təmin etmək və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin müqəddəs xatirələrini uca tutmaq məqsədilə 19 yanvar 2021-ci il tarixində 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Nəcəfova Kəmalə məktəbin 6"B" və 7"B" siniflərində keçdiyi dərsləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr etmişdir. Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. N.Kəmalə şagirdlərə faciənin baş vermə səbəbləri, günahkarları, bu tarixdən sonra xalqın taleyində nələrin dəyişdiyi haqda geniş məlumat verdi. Daha sonra şagirdlərin vətənpərvərlik ruhunda səsləndirdiyi şeirlər dinləndi.

Belə dərslərin təşkil olunmasında əsas məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin dahada möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi