Qanlı yanvar.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
O şərəfli tarixdən artıq otuz bir il ötür. Azərbaycan Respublikası təhsil nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasının tədrisdə əks olunmasını təmin etmək və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin müqəddəs xatirələrini uca tutmaq məqsədilə 24 nömrəli tam orta məktəbin kimya müəllimi Rəhimova Rənanın rəhbərlik etdiyi 6"B" sinif şagirdləri 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər səsləndirmiş, rəsmlər çəkmiş və video təqdimatlar hazırlamışlar.