20 Yanvar-qan yaddaşımızdır.
Azərbaycan Respublikası təhsil nazirinin "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasının tədrisdə əks olunmasını təmin etmək və 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin müqəddəs xatirələrini uca tutmaq məqsədilə 19 yanvar 2021-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbin 10"B" sinfində, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhmanova Sevincin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş "20 Yanvar-qan yaddaşımızdır" adlı xüsusi dərs təşkil olundu. Dərsdə R.Sevinc bu günün xalqın taleyində qanlı xatirələrdən biri olduğunu, həmin gecə təpədən dırnağadək silahlanmış, vəhşi-faşist maskaları ilə maskalanmış, insanlıq dəyərini itirmiş düşmən qoşunlarının uşaqlı-böyüklü, cavanlı-qocalı, qızlı-gəlinli, analı-balalı günahsız dinc sakinləri acımadan, amansızcasına qətlə yetirildiyini şagirdlərə geniş şəkildə danışdı. "Həmin gecə Bakının küçələri şəhid qanı ilə yuyuldu. Bu ölümlər adi ölüm deyil, əbədilik qazandıran ölümlər oldu. Azərbaycan xalqının torpağımızın bütövlüyü uğrunda başladığı mübarizə artıq milli azadlıq hərəkatı xarakterini aldı"
Şagirdlər ədəbi-bədii kompozisiya xarakterli dərsdə şəhidlərin müqəddəs xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər, video təqdimatlar nümayiş etdirdilər.