Böyük ictimai-siyasi xadim, həkim, yazıçı-Nəriman Nərimanov.
2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam oldu.
N Nərimanov məhşur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Nəriman Nərimanovun bədii yaradlcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçirmişdir. Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. N.Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə keçirilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının, ev muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 14 fevral 2020-ci il tarixində Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Sərəncamın həyata keçirilməsi və Azərbaycanın siyasi-ictimai xadimi, nüfuzlu elm adamı Nəriman Nərimanovun xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhmanova Sevinc 7"A" sinif şagirdləri ilə birlikdə mövcud pandemiya qaydalarına uyğun olaraq virtual şəkildə N.Nərimanovun həyat və yaradıcılığını geniş müzakirə etdilər. R.Sevinc şagirdlərə 3-10 iyun tarixlərində N.Nərimanovun 150 illik yubileyinə həsr olunmuş respublika virtual rəsm sərgisi haqqında məlumat verdi. Sərginin yaradılmasındakı əsas məqsədin N.Nərimanovu gənc nəslə tanıtmaq, həmçinin elm, maarif və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrünün milli məfkurə daşıyıcısı olan şəxsiyyətinə ehtiramla yanaşmaq olduğunu şagirdlərin nəzərinə çatdırdı.
Şagirdlər bütün məlumatları böyük maraqla dinlədilər.