Azərbaycanın görkəmli mütəfəkkiri Əbdürrəhim bəy Haqverdiyev.

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi tamam oldu. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tarimizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi və təmənnasız xidmətində dayandığı xalqın arzu və istəklərini əsərlərində dolğun əks etdirmişdur. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial quruculuq işlərində yorulmadan çalışmışdır. Onun adı UNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 yanvar 2020-ci il tarixində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamışdlr.

Sərəncamın həyata keçirilməsi və Azərbaycan xalqının ədəbi-bədii və mədəni-ictimai fikir xəzinəsinə töhvələr bəxş etmiş qüdrətli söz ustasının xatirəsini əbədiləşdirmək məqsədilə 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çobanova Aygül 8"B" sinif şagirdləri ilə birlikdə mövcud pandemiya qaydalarına uyğun olaraq virtual şəkildə Ə.Haqverdiyevin həyat və yaradıcılığını, eyni zamanda onun "Bomba" və "Mirzə Səfər" hekayələrini müzakirə etdilər. Ç.Aygül görkəmli ədibin 150 illik yubileyi münasibətilə yaradılmış "Əbdürrəhim bəy Haqverdiyev 150" adlı elektron baza haqqında şagirdlərə geniş məlumat verdi, həmin bazaya hansı link vasitəsilə daxil olmağı şagirdlərin nəzərinə çatdırdı

(http://ryl.az/haqverdiyev_el_melumat_bazasi/index.html).

8"B" sinif şagirdi Məmmədzadə Nəzrinin Ə.Haqverdiyevlə bağlı hazlrladığı video təqdimat izləndi.

Şagirdlər bütün məlumatları böyük maraqla dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi