Onlayn valideynlər iclası keçirildi.

7 yanvar 2020-ci il tarixində 24 nömrəli tam orta məktəbdə ingilis dili fənnini tədris edən Almuradova Ramilənin rəhbərlik etdiyi 5"D" sinfində onlayn valideyn iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd virtual dərslərdə keyfiyyətə nəzarət, şagirdlərin dərslərə davamiyyətinin və nailiyyətlərinin izlənməsi, eyni zamanda I yarımilin sonuna doğru qiymətləndirmələrə hazırlıq idi. Fənn müəllimlərindən B.Aygün, F.Aynur, M.Günel, Q.Elmira, M.Gülnar, M.Aygün, Q.Günay iclasda çıxış edərək öz fikirlərini söylədilər. Təlim-tərbiyə işləri üzrə direktor müavini O.Sevinc dərsə davamiyyətin vacibliyini bir daha valideynlərin nəzərinə çatdırdı.

Valideynlər baş verən çətinliklər barədə öz fikirlərini bildirdilər. Müəllimlər valideynlərin suallarını cavablandıraraq övladlarının nizam-intizamı, dərsə davamiyyəti haqqında valideynlərə müəyyən məsləhətlər verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi