Şagirdlərimizin uğuru.

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində Azərbaycanda və dünyanın bir sıra ölkələrində şagirdlər üçün proqramlaşdırma və riyaziyyat üzrə "Qış onlayn-kvesti" adlı beynəlxalq müsabiqə keçirildi. Qış onlayn-kvesti 8-11 və 12-15 yaş qrupları üzrə təşkil olundu. Yarış yeni il ərəfəsində şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda onların proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edirdi. Müsabiqənin süjet xətti olduqca maraqlı idi. Belə ki, süjet xəttinə görə iştirakçılar 31 dekabr tarixinədək qarşıdan gələn yeni ili xilas etməli idilər. Müsabiqə dekabr ayının 25-dən başlayaraq 31-i saat 11:00-dək, mərhələli şəkildə olmaqla üç dəfə təşkil olundu.

Yarışda 1842 komanda iştirak edirdi.

24 nömrəli tam orta məktəbin 6"B" sinif şagirdlərindən təşkil olunmuş "İnanılmazlar" komandasına məktəbin İnformatika müəllimi və eyni zamanda məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsini tədris edən Məmmədova Gülnar rəhbərlik edirdi. Komanda üzvləri Ə.Əli, M.Nuray, N.Sədaqət, Q.İsa, Ə.Fatimə və M.Aynurə idi. Şagirdlərimiz yarışda çox böyük fəallıq nümayiş etdirdilər və komandamız həm dünya həmdə Azərbaycan üzrə I yerə layiq görüldü. Birinci yerə çıxan komandaların hamısı final mərhələsinə keçdi. Belə olan halda məktəbimizin "İnanılmazlar" komandasıda finala vəsiqə qazandı.

Şagirdlərimizin uğuru bununlada bitmir. Qış onlayn-kvesti müsabiqəsində məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsini tədris edən Quliyeva Ayselin rəhbərlik etdiyi Kafkas komandası ikinci, eyni layihəni tədris edən Məmmədova Aygün və Mədətxanova Larisanın birgə rəhbərlik etdiyi Osmanlı komandası üçüncü yerə layiq görüldülər. İkinci və üçüncü yerin qalibləri diplomlarla təltif olundular. Şagirlərimizi təbrik edir, onlara uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi