Müəllimlərlə online iclas keçirildi.

28.12.2020-ci il tarixdə 24 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədovanın rəhbərliyi altında məktəbin müəllimləri ilə online iclas keçirildi. İclasda məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Orucova Sevinc də iştirak etdi. İclasda direktor Şəhanə xanım müəllimlərə təlim-təhsil prosesinin onlayn şəkildə mütəmadi keçirilməsini, şagirdlərin davamlı şəkildə dərslərdə iştirak etməsinə xüsusu diqqət yetirilməsini tapşırdı. Həmçinin məktəb rəhbərliyi xalqımızın tarixi qələbəsinin tədrisdə əks olunması məsələsinə müəllimlərin ciddi nəzarət etməsinin vacibliyini dəfələrlə vurğuladı və bu məsələnin şagirdlərdə vətənə, torpağa sevgi hisslərinin aşılanmasında böyük rol oynadığını xüsusi qeyd etdi.

İclasın sonunda məktəbin direktoru pedaqoji heyəti qarşıdan gələn 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə təbrik etdi, onları evdə qalıb öz sağlamlıqlarını qorumağa və mövcud pandemiya qaydalarına riayət etməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi