IX siniflərdə buraxılış imtahanları ilə bağlı online iclas.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri daim diqqət mərkəzində olub və bu nəticələr məktəb fəaliyyətinin rəqəmlə ifadəsi olmaqla yanaşı, məktəbin necə fəaliyyət göstərməsi, necə idarə olunması və həmin məktəblərdə tədrisin real vəziyyətini göstərən əsas amillərdən hesab olunur. Məhz buna görə IX sinif imtahanlarına xüsusi hazırlaşmaq və nəticələrin yüksəldilməsi məktəbin strateji planında olmalı və hər bir müəllimin, hər bir məktəb rəhbərinin hədəfi bu nəticələrin yüksəldilməsinə köklənməlidir.

Bu məqsədlə 24 nömrəli tam orta məktəbdə 28 dekabr 2020-ci il, saat 12:00-da, teams platforması ilə məktəbin direktoru Şəhanə Əhmədovanın rəhbərliyi altında IX sinif rəhbərləri və buraxılış fənləri( təlim dili, riyaziyyat, ingilis dili) tədris edən müəllimlərlə online iclas keçirildi. İclasın mövzusu "IX siniflərdə təlim nailiyyəti zəif olan şagirdlərlə iş" idi. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Orucova Sevinc iştirak etdi. Müzakirələr zamanı məktəb rəhbərliyinə risk qrupları, təlim nailiyyəti zəif olan şagirdlər haqqında məlumat verilmiş və bu şagirdlərlə iş planlanmışdır.

İclasın sonunda məktəbin direktoru pedaqoji heyətə evdə qalıb öz sağlamlıqlarını qorumağa, eyni zamanda şagirdlərin təhsil prosedindən geri qalmamağına nəzarət etməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi