Şagirdlərimiz müsabiqədə uğur qazandılar.

   

   Mərkəzi Bankın dəstəyi ilə 8-14 yaşlı şagirdlər arasında “Rəqəmsal ödənişlər məktəblilərin gözü ilə” infoqrafika müsabiqəsi keçirilmişdir.

Müsabiqədə 163 nəfər şagird iştirak etmişdir. Sözü gedən müsabiqədə 24 nömrəli tam orta məktəbin şagirdləri də iştirak etdilər.

   Bakı məktəblərindən müsabiqədə iştirak edən 43 nəfərin işi mövzuya uyğun olduğu üçün qiymətləndirilmişdir.

   Qiymətləndirilmə nəticəsində ikinci yerə 24 nömrəli məktəbin 7 “c” sinif şagirdi Həmidov Nicat Nazim oğlu və 7 “ç” sinif şagirdi Çelax İlya Sergeyeviç layiq görülmüşlər. Şagirdləri müsabiqəyə hazırlayan məktəbin tarix müəllimi Vəliyeva Xurşud İsmayıl qızı olmuşdur.

   Şagirdlərimiz Mərkəzi Bankın sertifikatları və maarifləndirici resursları ilə mükafatlandırılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi