Şəhidlər vurulanda deyil, unudulanda ölər!
Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.
Azərbaycanın müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan qəhrəmanlarından biri 24 nömrəli tam orta məktəbin məzunu Kapitan Şikarov Nəcəf Şikar oğludur. Onun Vətən sevgisi, hərbiyə olan marağı məhz hərbiçi bir atanın oğlu olmasından irəli gəlir. Nəcəf Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 35 yaşlı şəhidimizdən geriyə iki qız övladı yadigar qalmışdır. Ata-anası, doğmaları Nəcəfdən böyük qürur hissi ilə danışırlar. Çünki bilirlərki, Nəcəf təkcə onların deyil bütün xalqın övladıdır. Bütün xalq onun qəhrəmanlığı ilə fəxr edir. Həmçinin onlar bilirlərki, artıq onların övladlarının qanı yerdə qalmamışdır. Azərbaycanın Şanlı Ordusu qələbə qazanmışdır. Bu zəfər şəhid ailələri üçün həm sevinc, həmdə böyük təsəllidir.