Zəfərin mübarək, Vətən!

10 dekabr 2020-ci il tarixində Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcəkdir. Paradda Azərbaycan hərbiçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularıda keçid edəcəklər. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi düşməndən azad etdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaqdır. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcədə hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Yaşasın Azəebaycan!
Yaşasın Azərbaycanın Şanlı Ordusu!