Zəfər sənindir Azərbaycan əsgəri!

   Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlət daim düşmənlərin, yadellilərin tapdağı altında olacaqdır. Lakin ordunu yenilməz edən təkcə texnikanın və silahın gücü deyil. Sənin qorxmaz, cəsur, mərd əsgərlərin yoxdursa məğlub olarsan. "Öncə Vətən!" deyən oğullardı bizi yenilməz edən.

   Belə oğullardan biri 24 nömrəli tam orta məktəbin məzunu Əsgərov Əmrah Nadir oğludur. O, 1994-cü il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilə 2000-ci ildə 24 nömrəli tam orta məktəbdə başlamışdır. İlk müəllimi Dadaşova Günay olmuşdur. 2011-ci ildə orta təhsilini başa vurdu və elə həmin il Bakı Dövlət Kooperasiya Universitetinin Maliyyə-kredit bölməsinə daxil oldu. 2015-ci il universiteti bitirən Əmrah hərbi xidmətə çağırıldı. Hərbi xidmətdə minaatan kimi fəaliyyət göstərdi. Hərbi xidmətini başa vurduqdan sonra çalışmağa başladı. Zəhmətkeş, çalışqan bir gənc olmuşdur Əmrah. 

   27 sentyabr 2020-ci ildə hərbi səfərbərliklə bağlı yenidən hərbi xidmətə çağırıldı. Döyüş yolu ağır və uzun oldu. Füzuli, Cəbrayıl, Xocavənd, Əsgəran, Xocalı, Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla vuruşdu. Əmrahın döyüş yolunu anası Natavan xanım göz yaşı içində danışdı:"Qubadlı uğrunda gedən döyüşlərdə çox yaxın döyüş yoldaşları şəhid oldu, ağır yaralandı Əmrahın. Amma onlar bir-birinə söz vermişdilərki nə bir yaralı, nə bir şəhid əsgəri döyüş gedən ərazidə qoymayacaqlar. Şəhadətimizdə, yolumuzda bir olacaq!. O gün sanki oğlumun ikinci dəfə dünyaya gəldiyi gün oldu-deyə göz yaşı tökdü ana... 

Ana indi böyük səbirsizliklə hərbi xidmətinə hələdə davam edən igidinin yolunu gözləyir.

   Bütün şəhid və əsgər analarının qarşısında baş əyirik! 

   Belə qəhrəman əsgərləri olan dövlətin qarşısında heç bir düşmən tab gətirə bilməz!

   Yaşasın Azərbaycan!. Yaşasın Azərbaycan əsgəri!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi