Vətən mənə oğul desə.....

Uşaqlıq dünyasının könüləyatımlı qəribəliklərinə hamımız yaxsı bələdik. Bu qəribəliklərin nizamlı, məntiqi, bir-birinə bağlı düzümünə kimsə şübhə edə bilməz. Dəfələrlə müşahidə etmişik ki, uşaq atasından, babasından, müəllimlərindən soruşub: Ermənilər bizdən nə istəyir?....
Gözlənilməz sual qürurla dinlənilir, qürurla düşündürür, qürurlada cavablandırılır.
Belə sualları böyüklərinə məktəbimizin məzunu, qəhrəman qazimiz Elvin Əsgərovda dəfələrlə vermişdir.
Əsgərov Elvin 1997-ci il noyabr ayının 4-də Bakı şəhərində anadan oldu. 2004-cü ildə 24 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başladı. 2014-cü ildə IX sinfi bitirib Sumqayıt Dövlət Kollecinə daxil oldu. 2017-ci ildə kolleci bitirib elə həmin ilin yayında hərbi hissəyə yollandı. Hərbi xidmətə Goranboy rayonunun Ağcakənd kəndindəki hərbi hissədə başlamışdır. Öz nümunəvi davranışları, nizam-intizamı ilə hamının sevimlisinə çevrildi. Elə bu səbəbdəndir ki, hərbi xidmətdə olduğu müddətdə iki dəfə tərifnamə ilə təltif olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra "Azərişıq" ASC-də işə başladı. Elvin işində də məsuliyyətli, nizam-intizamlı olduğu üçün hərkəsin sevimlisinə çevrildi.
Sentyabrın 28-də səfərbərliklə əlaqədar yenidən hərbi xidmətə çağırıldı. Hərbi hissədə tankçı olduğu üçün döyüşün ən qaynar nöqtələrində iştirak etdi. Günlərlə ailəsi, doğmaları Elvindən heç bir xəbər ala bilmədilər, səsini eşitmədilər. Yaşı gənc olsada döyüş yolu bir xeyli uzun olmuşdur qəhrəman Elvinimizin. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşdu.
Əsl vətəndaş ömrünü Vətən üçün yaşayanlardı. Elvində məhz belə igidlərdəndi və ona artıq Vətən oğul demişdir!
Əsgərov Elvinin nümunəvi xidmət edəcəyinədə inandıq, istəyinə çatacağına da- qalib əsgər kimi tərxis olunacağınada....