Vətən sizinlə qürur duyur.

   Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.

   Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə 4 dekabr 2020-ci il tarixində saat 1200-da şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediləcəkdir. 

   Böyük Vətən (İkinci Qarabağ) müharibəsində 24 nömrəli tam orta məktəbin iki məzunu qəhrəmancasına şəhid olmuşlar. Onlar Şəhid Şikarov Nəcəf Şikar oğlu və Şəhid Məlikov Elvindir İlham oğludur. Başda məktəbin direktoru Şəhanə xanım Əhmədova və bütün məktəb kollektivi şəhidlərimizin ruhunu böyük hörmət və ehtiramla anırlar.

   Anadan igid doğulan Vətən oğulları....

   Siz sadəcə bir gün deyil, əbədi olaraq bizlərin qəlblərində yaşayacaqsınız. VƏTƏN SİZİNLƏ QÜRUR DUYUR!

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi