Zəfər iradədən ibarətdir!
Azərbaycan Respublikası Təhsil Nazirinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmrinə əsasən, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyasının təmin edilməsi davam edir.
24 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsini tədris edən Məmmədova Aygünün təşkilatçılığı və 7b sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Ordusunun Vətən uğrunda zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusu müzakirə olundu.
M. Aygün şagirdlərə şanlı qələbəyə gedən yolda igid Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan bəhs etdi və mövzu ilə bağlı video slaydlar nümayiş etdirdi. 7b sinif şagirdi N.Ülkər vətənpərvərliklə bağlı şeir səsləndirdi. Dərs şagirdlərin böyük marağına səbəb oldu.
Mövzunun müzakirəsi mövcud pandemiya qaydalarına uyğun olaraq distant şəkildə təşkil edildi.