Azərbaycan Ordusunun zəfər yürüşü.

   Azərbaycan Respublikası Təhsil Nazirinin 16.11.2020-ci il tarixli, 

F-512 nömrəli əmrinə əsasən məktəblərdə Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin keçirilməsinə start verilmişdir.

   Həmin maarifləndirici tədbirlərdə işğaldan azad olunmuş ərazilərdə ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması və təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatları dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri edərək Qarabağ savaşının yeni həlledici mərhləsinin başlanması və tarixi qalibiyyətlə qurtarmasının geniş şəkildə müzakirə olunması nəzərdə tutulur.

   24 nömrəli tam orta məktəbin tarix müəllimi Babayeva Aygünün təşkilatçılığı və 8sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusu təhlil olunmuşdur. Mövzunun müzakirəsi mövcud pandemiya şəraiti ilə əlaqədar videokonfrans şəklində təşkil edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi