Bayraq mənliyimdir, bayraq kimliyim!

   Dövlət atributları içərisində məna və məzmun etibarilə ən güclü təsir qüvvəsinə malik olan rəmz-məhz Bayraqdır. 

    O bayraq ki, xalqın öz düşüncəsində daşıdığı idealları, onun milli mənsubiyyətini, siyasi dünyagörüşünün miqyasını, bir sözlə, millətin bütün özünəməxsus keyfiyyətlərinin məcmusunu xarakterizə edir. 

     Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. 

      Ölkə başçısının 17 noyabr 2009-cu il Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Artıq on birinci ildir ki, 9 noyabr Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. 

      Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc bir silah tutan məğlubedilməz əsgərdə ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içirlər. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun altında ölmək belə şərəflidir. Bayraq and yerimizdir, andımıza sadiq olaq! 

     Üç rəngli bayrağımızın daim yüksəklərdə dalğalanması diləyi ilə BAYRAQ GÜNÜNÜZ MÜBARƏK!

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi