Qəhrəmanlar ölmürlər.

   2020-ci ilin sentyabr ayında, bəşəriyyətin XX əsrdə məruz qaldığı faşizm təhlükəsindən xilas edilməsində böyük xidmətlər göstərmiş, Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

   Azərbaycan Respublikası Prezidentinin "Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq bugün məktəbimizdə tarix müəllimi Babayeva Aygünün təşkilatçılığı ilə "Qəhrəmanlar ölmürlər" mövzusunda debat keçirildi. Debat mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olundu.

   Sözü gedən debatda Əhmədiyyə Cəbrayılovun həyat və fəaliyyəti müzakirə olundu, video çarx nümayiş olundu.

   Xalqımızın qəhrəmanlıq ənənələrini ölkəmizin hüdudlarından kənarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi