Müəllimlər təltif olundu.
Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Xətai rayon Həmkarlar Təşkilatının sədri Maisə xanım Hacıyeva 24 nömrəli tam orta məktəb kollektivi ilə görüş keçirmişdir. Maisə xanım Yeni tədris ilinin başlanması və 5 oktyabr-"Beynəlxalq Müəllimlər Günü" münasibətilə pedaqoji kollektivi təbrik edib, uğurlar arzuladı. Komitə adından 2019-2020-Tədris ilində əzmlə çalışan müəllimlərdən bir neçəsini Fəxri Fərman və hədiyyələrlə təltif etmişdir.
Pandemiya ilə mübarizəyə dəstək məqsədilə kollektivə Komitə adından tibbi ləvazimatlar təqdim olunmuş, kollektivdə çalışan aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir.