Pandemiya dövründə dərslərin təşkili.

    Bu gün dünyada tüğyan edən yeni növ koronavirus( COVİD-19) pandemiyası bütün sahələrə, o cümlədən, təhsil sisteminə də təsirsiz ötüşmədi.

Pandemiya dövründə məktəblərdə effektiv təhsil-tədrisin dəstəklənməsi uşaqların sağlamlığı və rifahı üçün çox vacib və əhəmiyyətlidir.

Elə buna görədir ki, məktəblərdə şagirdlərin əyani təhsilə cəlb olunması mərhələli şəkildə baş verir. 

    Məktəbimizdə sentyabrın 15-dən etibarən, ibtidai siniflər həftədə iki dəfə, iki növbəli olmaqla əyani təhsilə başlamışdılar.

    1 oktyabr 2020-ci il tarixdən isə, X-XI siniflər istisna olmaqla digər siniflər də, mərhələli şəkildə  əyani təhsilə cəlb olundular. 

    Məktəbdə dərslər mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil olunur. Məktəbin girişində şagirdlərin əlləri dezinfeksiyaedici maddələrlə dezinfeksiya edilir, məsafədən temperatur ölçən cihazlarla temperatur ölçülür, bundan sonra şagirdlər sinif otaqlarına buraxılırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi