“Koronovirus uşaqların gözü ilə” mövzusunda müsabiqə
Məktəbdə uğurla həyata keçirilən layihələrdən biri də “Rəqəmsal bacarıqlar” layihəsidir. 3 il əvvəl start verilmiş bu layihəyə şagirdlər və valideynlər böyük maraq göstərirlər. Məktəbin informatika müəllimi Gülnar Məmmədova karantin dövründə şagirdlərin dərsdən geri qalmaması məqsədilə mütəmadi olaraq onlayn dərslər keçmiş, hal-hazırda da bu dərsləri virtual məktəbdə davam etdirir. Bununla yanaşı uşaqlar arasında həvəsləndirici müsabiqələr keçirir. Bu dəfə də 6-cı sinif şagirdlərinin iştirakı ilə “koronovirus uşaqların gözü ilə” mövzusunda müsabiqə təşkil edilmişdir. Şagirdlər onlayn şəkildə layihələrini təqdim etmişlər. Təqdim olunan layihələrdə şagirdlərin həm koronovirus haqqındakı təsəvvürləri, həm də rəqəmsal bacarıqları əks olunmuşdur. Ən yaxşı layihə hazırlayan 3 şagird müəllim tərəfindən onlayn təşəkkürnamə ilə təltif olunmuş və meqabayt hədiyyələr qazanmışdır. Bu cür maarifləndirici və həvəsləndirici layihələrin təşkilində məqsəd şagirdləri pandemiya dövründə dərsə cəlb etməkdir.