Heydər Əliyevin 97 illiyinə həsr olunmuş telekörpü

                Məktəbin ibtidai sinif müəllimi Samirə İsmayılova və 4 a sinif şagirdləri Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimi Xanım Hüseynova və şagirdləri ilə birlikdə telekörpü keçirdilər. Ümummilli lider Heydər Əliyevin 97 illiyinə həsr olunmuş telekörpüdə Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş video təqdimatlar nümayiş edildi. Daha sonra Heydər Əliyev mərkəzinə virtual səyahət təşkil olundu. Şagirdlərin söylədikləri şeirlər böyük marağa səbəb oldu. YAP Xızı rayonu Gənclər Birliyinin sədri İman Ağayev və Cəlilabad İdman və Gənclər idarəsinin sədri Elçin Hüseynov telekörpüyə qonaq oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi