"Legendary 24 Xətai"nin böyük uğuru

              130 Bakı məktəbinin iştirak etdiyi "Fibonacci" adlanan yarışmanın ilk oyunu 1 may tarixində yer almışdır. Bu yarışma şagirdlərin fənn biliklərindən daha çox dünya görüşünə əsaslanır. Məlum səbəblərə görə onlayn şəkildə təşkil olunan yarışma 8 oyundan ibarət idi. Hər oyun isə 6 turdan təşkil olunmuşdu. İlk oyunun bütün turlarını müvəffəqiyyətli şəkildə başa vuran məktəbin komanda "Legendary 24 Xətai" adlanırdı. Komandada iştirak edən şagirdlər: Əhmədova Fatimə 8 b- kapitan, Nəcəfov İlkin 8b- üzv, Zülfüqarova Nigar 8a- üzv, İmanov Orxan 10b- üzv, Məmmədli Devran 10b- üzv, Abdullayev Abbas 10b- üzv, Nəsibli Rüfət 11b- üzv. Onların məktəbin 2- ci yerə çıxmasında böyük rolu olmuşdur. Məktəbin rəhbərliyi komandanın hər bir iştirakçısını bu uğurlarına görə təbrik edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi