6 b sinif şagirdləri onlayn dərs keçir

Mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar tətbiq olunan karantin dövründə müəllimlər şagirdlərin dərslərdən geri qalmaması, tədris mühitindən uzaqlaşmaması üçün əllərindən gələni əsirgəmirlər. Məktəb mühiti qədər əlverişli olmasa da, onlar evlərindəki vəsaitlərlə şagirdlərinin marağını dərsə yönəltməyi bacarırlar.
Bu baxımdan məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Kəmalə Nəcəfova 6 b sinif şagirdləri ilə dərslərini onlayn qaydada keçməkdə davam edir.