Ümumdünya kitab və müəlliflik hüququ günü
Xızı rayonu M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin ibtidai sinif müəllimi Xanım Hüseynova və məktəbin ibtidai sinif müəllimi Samirə İsmayılova 23 aprel-Ümumdünya kitab və müəlliflik hüququ günü münasibəti ilə məktəblərarası telekörpü keçirdi. Müəllimlər şagirdlərə dünya və Azərbaycan kitabxanalarından danışdılar və bu kitabxanalardan bəzilərinə virtual səyahət təşkil etdilər.