Şagirdlərin məsafəli tədrisi davam edir
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimləri onlayn dərslər keçirlər. Əsas məqsəd şagirdlərin dərs proqramından geri qalmamasını və lazımi səviyyədə təhsil almasını təmin etməkdir. Onlayn dərslər eyni zamanda müxtəlif proqramlardan istifadə edilərək bütün fənlər üzrə təşkil olunur. Dərslərin onlayn keçirilməsi şagirdlər tərəfindən maraqla qarşılanır.