Biologiya fənni distant formada tədris olunur
Biologiya fənn müəllimi Sevda Hüseynova tədris etdiyi siniflərin şagirdləri ilə birlikdə informasiya kommunikasiya texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə perspektiv planlaşdırmaya uyğun mövzunu distant təhsil formasında tədris etdi. Şagirdləri maraqlandıran suallara müəllim ətraflı cavab verərək, şagirdlərə tapşırıqlar verdi və icrasına nəzarət etdi. Dərs şagirdlər tərəfindən xoş qarşılandı.