Azərbaycan dili və ədəbiyyat fənni onlayn keçirilir

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 3-dən aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

              Bu hadisə ilə əlaqədar şagirdlərin evdə olmasına baxmayaraq müəllimlər dərsləri məsafəli formada keçirlər. Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Kəmalə Nəcəfova da şagirdləri ilə onlayn ünsiyyət yaradaraq onların dərslərində geri qalmamaları üçün çalışırlar. Bu işdə valideynlər də övladları üçün evdə hər bir şərait yaradırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi