Şagirdlərin distant təhsilə marağını artırmaq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 3-dən aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.
Tətil zamanı şagirdlərin asudə vaxtlarını səmərəli keçirilməsi və tədris proqramını mənimsəməsi üçün məktəbin müəllimləri və şagirdləri İnformasiya Kommunikasiya Texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında dərslərini davam etdirirlər.
Məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Məhərrəmova dərs dediyi şagirdləri ilə hər gün təyin olunmuş vaxtda perspektiv planlaşdırmaya uyğun olaraq dərsləri müxtəlif proqramlardan istifadə etməklə distant təhsil formasında davam etdirir. Sinifdə təhsil alan şagirdlərin bir çoxu bu prosesdə iştirak edir. Müəllim dərsləri izah edir, şagirdlərə tapşırıqlar verir, onların icrasına nəzarət edir, şagirdləri maraqlandıran suallara cavab verir.