"Zərərli vərdişlərin törətdiyi fəsadlar" mövzusunda söhbət
Gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə məktəbin psixoloqu Məhəbbət Hacıbabayevanın və tibb işçisi Ülviyyə Şıxəliyevanın təşkilatçılığı ilə "Zərərli vərdişlərin törətdiyi fəsadlar" mövzusunda söhbət aparıldı. Müzakirədə məktəbin IX sinif şagirdləri iştirak etdi. Şagirdlər zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına mənfi təsiri, həmçinin onlardan yayınmağın yolları mövzusunda məlumatlar səsləndirdilər.