“Ana fəryadı” abidəsinə ziyarət
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il keçir. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər. Müəllim Rəxşəndə Kərimova, Həmidə Gəncəliyeva və Zəhra Hümbətova öz şagirdləri ilə birlikdə Xocalı qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə "Ana fəryadı" abidəsinə ziyarət təşkil etdilər.