Beynəlxalq Ana Dili Günü
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Məktəbin 4 A sinif şagirdləri ibtidai sinif müəllimi Samirə İsmayılovanın təşkilatçılığı ilə Firidun Bəy Köçərli Kitabxanasının Xətai filialına səfər etmiş, yeni nəşrlərlə , uşaq ədəbiyyatı ilə tanış olmuş, çox gözəl gün keçirmişlər. Şagirdlər filialın rəhbəri Gülarə xanıma kitablar haqqında verdiyi geniş məlumata görə, təşəkkür etdilər.