Pedaqoji Şuranın iclası keçirildi
2019-2020-ci tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar məktəbdə Pedaqoji Şuranın iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.
Pedaqoji Şuranın iclasında direktor Şəhanə Əhmədova, direktor müavini Sevinc Orucova I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, dərsə davamiyyət, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, qarşıda duran vəzifələr və digər mövzular ətrafında müzakirələr apardılar, müvafiq qərarlar qəbul etdilər. Onlar müəllimləri maraqlandıran sualları cavablandırdılar.