Şəhidlər xiyabanına ziyarət

                1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Tarixə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq məktəbin şagirdləri məktəb kollektivi ilə birlikdə Şəhidlər xiyabanını ziyarət etdilər. Uşaqlar şəhidlərin məzarı üzərinə al qərənfillər düzdülər. Şəhidlərin şərəfinə ucaldılmış "Əbədi məşhəl" abidəsi önündə şagirdlər şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi