20 Yanvar faciəsinin 30 –cu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir
Məktəbin tarix müəllimi Xəyalə Qələndərova 5 b sinif şagirdləri ilə birlikdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbir faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla anılması ilə başladı. Giriş sözünü “Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır” sözləri ilə açan direktor Şəhanə Əhmədova şagirdlərə faciə haqqında geniş məlumat verdi. Daha sonra şagirdlərin hazırladıqları çıxışlara yer verildi. Onlar şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonunda şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş rəsmlərə baxdılar.