“Qanlı şənbə gecəsi” mövzusuna həsr olunmuş inşa yazı müsabiqəsi

Azərbaycan Respublikası Təhsil nazirinin "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 29 dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə direktor müavini İsmixan Həsənovun təşkilatçılığı ilə inşa yazı müsabiqəsi keçirildi. “Qanlı şənbə gecəsi” mövzusuna həsr olunmuş inşa yazı müsabiqəsi şagirdlərin tariximizin ən çətin dövrləri haqqında fikirlərini bölüşmək üçün zəmin yaratdı.