Məktəbdaxili monitorinq

Məktəbin fəaliyyət planına uyğun olaraq 4-cü sinif şagirdləri arasında riyaziyyat fənni üzrə monitorinq keçirildi. Keçirilən monitorinqin əsas məqsədi şagirdlərin riyazi biliklərini və məntiqi təfəkkürlərini yoxlamaq oldu. Qiymətləndirmə bal sistemi ilə aparıldı. Məktəbdə keçirilən monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.