Şagirdin əl işlərindən ibarət sərgi təşkil olundu

            Məktəbdə 5-ci sinif şagirdi Qürbətov Hüseynin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə çıxış edən direktor Şəhanə Əhmədova şagirdin özünəməxsus sənət dünyasından söz açdı.  

           Azərbaycanın istedadlı balaca rəssamlarından olan Qürbətov Hüseynin əsərləri dəfələrlə nüfuzlu respublika sərgilərinin ekspozisiyasını bəzəmişdir. Balaca rəssam heç bir çətinlik çəkmədən öz yaradıcı təxəyyülünü realizə edir və kağız üzərində bir-birindən maraqlı kompozisiyalar yaradır.  

        Sonda skripkada məharətlə ifa edən Hüseyn sərginin açılmasında əməyi olan bütün insanlara, o cümlədən dəyərli müəllimlərinə minnətdarlığını bildirən Hüseyn bundan sonra fırçasını daha maraqlı mövzularda sınağa çəkəcəyini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi