Məktəbdə “Açıq qapı” günü

Məktəbdə “Açıq qapı” günü keçirildi. Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığını təmin etməkdən ibarət idi.
Məktəbin direktoru Şəhanə Əhmədova valideynləri salamlayaraq bu layihədə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirdi, daha sonra görülmüş işlər haqqında ümumi məlumat verdi. Müəllim –valideyn əməkdaşlığının şagirdlərin təlim –tərbiyəsindəki mühüm rolunu qeyd edib, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirməyin vacibliyini vurğuladı.
Valideynlər məktəb mühiti ilə, müəllimlər otağı, sinif otaqları, məktəbdə yaradılan sərgilərlə yaxından tanış oldular. Onlar tədris prosesini müşahidə etmək üçün sinif otaqlarına yönləndirildilər.