Ulu Öndərin xatirəsi böyük hörmətlə anılır

Dekabrın 12-i məktəbdə dərslər ümummilli lider Heydər Əliyevin anım gününə həsr olundu. Eyni zamanda məktəbin foyesində tədbir də keçirildi. İlk öncə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəhanə Əhmədova Ulu Öndərin müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, müdrik rəhbərin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşdirilməsindəki xidmətlərindən danışdı. Daha sonra məktəbin şagirdləri Heydər Əliyev haqqında şeirlər səsləndirdilər və məktəbdə olan “Heydər Əliyev guşəsi”ni ziyarət etdilər. Tədbir müdrik və uzaqgörən siyasətçinin xatirəsinə həsr olunmuş video slaydların nümayişi ilə başa çatdı.​

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi