12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür

               Azərbaycan xalqına azadlığı qazandıran ümummilli lider Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də hər şeydən çox sevdiyi xalqı ilə vidalaşsa da, xalq həmişə onu xatırlayır və xatirəsini əziz tutur.           

             Məktəbin 2 A sinif şagirdləri müəllim Rəxşəndə Kərimova ilə birlikdə ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə Fəxri xiyabana gedərək ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoydular. Şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndi.                                                                   

               Sonra isə onlar Şəhidlər xiyabanındakı şəhid məzarlarını ziyarət etdilər. 2-ci Fəxri xiyabanda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və Aprel döyüşlərində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin də məzarları ziyarət edildi. Müəllim Rəxşəndə Kərimova : “Gələcəyimiz olan bu uşaqlar Vətənimizin azadlığı uğrunda canlarını qurban verən hər bir Azərbaycan oğlu haqqında bilməli və onlarla fəxr etməlidir” söylədi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi