“Sağlamlıq ve rifah” mövzusuna həsr olunmuş nümunəvi dərs
BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri 1 yanvar 2016-cı il tarixində rəsmi şəkildə qüvvəyə mindi. Hər kəsi əhatə edən və universal xarakter daşıyan bu yeni Məqsədlər fonunda, qarşıdakı on beş il ərzində ölkələr “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq, yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq kimi məqsədləri rəhbər tutmuşdurlar.
Dayanıqlı İnkişaf Məqsədlərinin şagirdlər arasında təbliğ olunması məqsədilə məktəbin 7a sinfinde ingilis dili fenninden müəllim Ramilə Almuradova nümunəvi dərs keçirdi. “Saglamlıq ve rifah” mövzusuna həsr olunmuş “Dünyanın ən böyük dərsin”də şagirdlər böyük həvəslə iştirak etdilər.